FİFA-dan "Qalatasaray"a transfer qadağası



 13:12 15.01.2023     321

FİFA "Qalatasaray"ı cəzalandırıb.

Demedia.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb. FİFA Türkiyə klubuna müvəqqəti transfer qadağası qoyub. Dünyanın ali futbol qurumunun belə qərara gəlməsinə səbəb İstanbul təmsilçisinin yarımmüdafiəçi Lukas Torreyranın transferi zamanı onun menecerinə ödəniş etməməsidir. 

"Qalatasaray" artıq uruqvaylı futbolçunun menecerinə verməli olduğu 18 min 500 dolları ödəyib. Buna baxmayaraq, FİFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub. Qadağa yanvarın 16-da aradan qalxacaq.