"Beşiktaş" Vinsent Abubakarın transferini açıqladı

 21:49 21.01.2023     252

Türkiyənin "Beşiktaş" klubunun yeni transferi rəsmiləşib.

Demedia.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "qara qartallar" Kamerun millisinin futbolçusu Vinsent Abubakarla danışıqlara başladığını İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) bildirib.

31 yaşlı hücumçu dünən axşam saatlarında İstanbula çatıb.

Qeyd edək ki, Vinsent Abubakar son olaraq Səudiyyə Ərəbistanında “Əl-Nəsr” klubunun formasını geyinib. Təcrübəli forvard 2016/2017 və 2020/2021 mövsümündə də "Beşiktaş"ın uğurları üçün çalışıb.