Səudiyyə Ərəbistanı klubları Messini almaq istəyir
Səudiyyə Ərəbistanı klubları Fransanın PSJ futbol komandasının hücumçusu Lionel Messini almaq niyyətindədir.
Demedia.az ESPN-ə istinadən xəbər verir ki, Messinin “parislilər”lə müqaviləsi 2023-cü ilə qədərdir. Razılaşmanın daha bir il uzadılması mümkündür. Messi müqaviləni yenidən imzalamasa, Səudiyyə komandaları onu almağa çalışacaq.
Messi Yaxın Şərqə köçsə, o, ildə 200 milyon dollar maaş almağa iddialı ola biləcək. Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun futbolçusu Kriştiano Ronaldu da təxminən bu qədər qazanır.
Qeyd edək ki, hücumçu bu mövsüm Fransa çempionatında 15 matçda 8 qol vurub və 10 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Messi PSJ-yə 2021-ci ilin avqustunda keçib. O, 18 il "Barselona"nın formasını geyib. Messi “Barselona”nın heyətində 10 dəfə İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi olub.