“Çelsi” rəsmən Premyer Liqanın ən bahalı transferini reallaşdırdı
Lissabon “Benfika”sının və Argentina millisinin yarımmüdafiəçisi Entso Fernandes rəsmi olaraq London “Çelsi”sinin futbolçusu olub.
Demedia.az xəbər verir ki, bu barədə Portuqaliya Qiymətli Kağızlar Bazarı Komissiyasının saytında məlumat verilib.
Transfer 121 milyon avro təşkil edib ki, bu da İngiltərə Premyer Liqasının tarixində ən bahalı razılaşma olub. Futbolçu ilə 2031-ci ilin yayına kimi müqavilə imzalanıb.
Bundan əvvəl rekord “Aston Villa”dan ingilis yarımmüdafiəçisi Cek Qrilişi 113 milyon avroya satın alan “Mançester Siti”yə məxsus idi.
Qətərdə keçirilən 2022-ci il DÇ-də Entso Fernandez milli komandanın tərkibində çempionluq titulunu qazanıb və həmçinin turnirin ən yaxşı gənc oyunçusu mükafatına layiq görülüb.
Cari mövsümdə yarımmüdafiəçi Portuqaliya çempionatında 17 oyun keçirib, bu matçlarda 1 qol vurub və 5 məhsuldar ötürmə edib.