Messinin “Bavariya”ya qarşı oynayacaq?
Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniya “Bavariya”sına qarşı oynayıb-oynamayacağı dəqiqləşib.
Demedia.az-ın məlumatına görə, baş məşqçi Kristof Qaltye bildirib ki, argentinalı hücumçu Parisdəki ilk görüşdə onun sərəncamında olacaq.
36 yaşlı forvard Fransa çempionatının XXIII turunda “Monako”ya qarşı bu gün keçiriləcək matçı buraxacaq. Buna səbəb Leoda əzələ yorğunluğunun olmasıdır. Ancaq ulduz futbolçu fevralın 14-də “Bavariya” ilə qarşılaşmada meydandakı yerini alacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 8-də Münhendə keçiriləcək.