"Qarabağ" 9 pillə irəlilədi - Dünya reytinqi



 16:25 12.02.2023     327

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Demedia.az xəbər verir ki, 301 komandanın yer aldığı siyahıda Azərbaycandan təkcə "Qarabağ" yer alıb. Qurban Qurbanovun komandası yanvarla müqayisədə 9 pillə irəliləyərək 143 xalla 69-cu yerə yüksəlib.

Siyahıya əvvəlkitək Braziliya "Flamenqo"su (299 xal) başçılıq edir. "Palmeyras" (Brazilya, 284 xal) ikinci, "Liverpul" (İngiltərə, 265 xal) üçüncü pillədədir.