Mahir Emrelinin Türkiyə "Konyaspor"una transferinin detalları bəlli oldu
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Türkiyə "Konyaspor"una transferinin detalları bəlli olub.
Demedia.az yerli mətbuata istinadən xəbər verir ki, Superliqa təmsilçisi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasından icarəyə götürdüyü 26 yaşlı hücumçu ilə münasibətlərini rəsmiləşdirib.
İddiaya görə, forvardla cari mövsümün sonunadək müqavilə imzalayan Konya klubu ölkədəki zəlzələ ilə əlaqədar keçidi sosial şəbəkə hesablarından açıqlamayacaq.
Həmçinin bildirilib ki, "Konyaspor" futbolçunu yalnız Türkiyədəki çıxışı uğurlu olacağı halda yayda birdəfəlik transfer edəcək.
Qeyd edək ki, Mahir Emrelinin "Dinamo" ilə 2026-cı ilin iyununa kimi müqaviləsi var.