“Milan” 10 ildən sonra ilk dəfə pley-off mərhələsində qələbə qazandı
İtaliyanın “Milan” klubu 10 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qələbə qazanıb.
Demedia.az xəbər verir ki, “rossonyerlər” İngiltərə təmsilçisi “Tottenhem”i 1:0 hesabı ilə məğlub edərək buna nail olublar.
A seriyasının çempionu buna qədər axırıncı dəfə 2013-cü ildə qrupdan sonrakı mərhələdə İspaniyanın “Barselona” klubunu məğlub edib. Ancaq həmin vaxt cavab qarşılaşmasında üstün olan kataloniyalılar 1/4 finala adlayıblar.
“Milan” eyni zamanda 2012-ci ildən sonra birinci dəfə İngiltərə təmsilçisinə qalib gəlib. İtalyanlar buna qədər 2011/2012 mövsümünün 1/8 finalında “Arsenal”dan (4:0) güclü olub. Son 11 ildə ingilislərlə baş tutan 5 görüşün hamısında rəqiblər qələbə sevinci yaşayıblar.
Qeyd edək ki, “Milan”la “Tottenhem” arasında cavab oyunu martın 8-də keçiriləcək.