Britaniyanın ən zəngin adamı "Mançester Yunayted"i almaq istəyir
Britaniyalı milyarder Cim Retkliff "Mançester Yunayted"in səhmlərini almaq üçün öz təklifini irəli sürüb.
Demedia.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 70 yaşlı iş adamı klubu almaqda ona kömək etməyə hazır olan iki ən böyük investisiya bankı "JPMorgan" və "Goldman Sachs"dan dəstək istəyib.
Qeyd edək ki, Cim Rekliff Britaniyanın ən zəngin adamı və INEOS neft şirkətinin sahibidir.