Çempionlar Liqasında ən çox oyun keçirən baş məşqçilər



 12:59 25.02.2023     455

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasında (ÇL) ən çox oyun keçirən baş məşqçilərin adlarını açıqlayıb.

Demedia.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində ümumilikdə 8 mütəxəssis 100 və daha çox matça komanda çıxarıb.

Son olaraq İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp siyahıya qoşulub. Turnirin 1/8 final mərhələsində İspaniya təmsilçisi “Real Madrid”lə (2:5) keçirilən qarşılaşma almaniyalı mütəxəssisin 100-cü görüşü olub.

Siyahıya Aleks Ferqyuson başçılıq edir. Şotlandiyalı 1980-2013-cü illər aralığında ÇL-də 202 oyun həyəcanı yaşayıb.

 

Məşqçi

Ölkəsi

Oyun

İllər

1

Aleks Ferqyuson

Şotlandiya

202

1980-2013

2

Karlo Ançelotti

İtaliya

186

1997-

3

Arsen Venger

Fransa

184

1988-2017

4

Pep Qvardiola

İspaniya

155

2008-

5

Joze Mourinyo

Portuqaliya

145

2002-

6

Mirça Luçesku

Rumıniya

115

1998-

7

Massimiliano Alleqri

İtaliya

100

2010-

8

Yurgen Klopp

Almaniya

100

2011-

Qeyd edək ki, araşdırma turnir Çempionlar Liqası adını daşıdığı 1992-ci ildən etibarən aparılıb.