Əsrin rekordçusu



 21:19 26.02.2023     318

"Real"ın gənc futbolçusu Alvaro Rodriqes İspaniya La Liqasının 23-cü turunda "Atletiko"ya qarşı keçirilən matçda (1:1) qol vurub.

Demedia.az xəbər verir ki, 18 yaşlı forvard 21-ci əsrdə Madrid derbisində qol vuran ən gənc oyunçu olub. Rodriqes 18 yaş 226 günlüyündə bunu bacarıb.

Alvarodan əvvəl bu rekord "Real"ın sabiq hücumçusu Qonsalo İquainə aid idi. Argentinalı keçmiş forvard 2007-ci ildə 19 yaş 76 günlüyündə Madrid derbisində fərqlənmişdi.