“Bavariya” bu mövsüm 100-cü qolunu vurdu
"Bavariya" Almaniya Bundesliqasının 22-ci turunda bu gün "Union"la qarşılaşıb.
Demedia.az xəbər verir ki, 3:0 hesablı qələbə qazanan Münhen təmsilçisi bu mövsüm bütün yarışlarda vurduğu qolların sayını 100-ə çatdırıb.
"Opta"nın məlumatına görə, "Bavariya" Top-5 çempionatlarında bu mövsüm 100 qol həddinə çatan ilk komandadır. Görüşdə hesabı açan Erik Çupo-Motinq yubiley qoluna imza atıb.
Qeyd edək ki, "Bavariya" hazırda Bundesliqada 46 xalla turnir cədvəlinə başçılıq edir.