Klub prezidentindən İNANILMAZ QƏRAR: Baş məşqçini "qovub" yerinə özü keçdi



 18:44 28.02.2023     445

İsveçrənin “Sion” klubunun rəhbərliyi baş məşqçi Fabio Çelestiniyə maraqlı cəza verib.

Demedia.az xəbər verir ki, klub uğursuz çıxış etdiyinə görə, baş məşqçi Fabio Çelestinini bir həftə işindən uzaqlaşdırılıb. Maraqlısı budur ki, həmin müddət ərzində komandaya klubun sahibi və prezidenti Kristian Konstantin özü rəhbərlik edəcək. Klub prezidenti Kristian Konstantin “Sion”u ölkə kubokunda və çempionatda “Luqano” ilə ardıcıl görüşlərə baş məşqçi kimi məhz özü çıxaracaq.

Qeyd edək ki, “Sion” uzun müddətdir, qələbə qazana bilmir.