Futbol tarixində ən çox qol vurmuş oyunçular



 18:00 04.03.2023     420

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün dövrlərdə ən çox qol vuran oyunçuların siyahısını yeniləyib.

Demedia.az-ın IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı Kriştianu Ronaldu birinci pillədə qərarlaşıb.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunda çıxış edən 38 yaşlı hücumçu karyerası ərzində 709 dəfə fərqlənib.

Fransa PSJ-sinin forvardı Lionel Messi 700 qolla ikinci sıradadır. İlk "3-lüy"ü Braziliya millisinin sabiq üzvü Romario (691) qapayır.

Qeyd edək ki, ən çox qol vuran futbolçu almaniyalı Ervin Helçman olsa da, o, siyahıya salınmayıb. Oyunçu 1923-1951-ci illərdə Almaniyanın müxtəlif yarışlarında 713 qola imza atıb. Hücumçu bunların əksəriyyətini həvəskar çempionatlarda vurub.