“Mançester Yunayted” son 92 ildə ilk dəfə 0:7 hesabı ilə məğlub oldu
Premyer Liqanın 25-ci turunda “Liverpul” doğma meydanda “Mançester Yunayted”i 7:0 hesabı ilə məğlub edib.
Demedia.az xəbər verir ki, görüş Enfild stadionunda baş tutub.
Qolları Kodi Qakpo (43-cü və 50-ci dəqiqə), Darvin Nunes (47, 75), Məhəmməd Salah (66, 83) və Roberto Firmino (88) vurub.
Daha əvvəl eyni hesabla “Bləkbern” (1926), “Aston Villa” (1930) və “Vulverhempton”a (1931) məğlub olan “Mançester Yunayted” tarixində dördüncü dəfə 0:7 hesabı ilə məğlub olub.
Bununla da “Mançester Yunayted” 1931-ci ildən bəri ən böyük hesablı məğlubiyyətini təkrarlayıb.
Eyni zamanda "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah Robbi Fauleri keçərək klubun heyətində Premyer Liqada ən çox qol vuran oyunçu olub.