"Qalatasaray" "Beşiktaş"ın 63 illik rekordunu yenilədi



 19:26 12.03.2023     322

Türkiyə Superliqanın 25-ci turunda "Kasımpaşa"nı məğlub edən (1:0) "Qalatasaray" rekorda imza atıb.

Demedia.az xəbər verir ki, bu, İstanbul təmsilçisinin çempionatda ardıcıl 14-cü qələbəsi olub.

Bununla da, "sarı-qırmızılar" Türkiyə çempionatları tarixində ən uzun qələbə seriyasına sahib olub. Bundan əvvəlki rekord "Beşiktaş"a aid idi. "Qara qartlar" 1959/1960 mövsümündə ardıcıl 13 oyunda qalib gəlmişdi.

Qeyd edək ki, "Qalatasaray" Superliqada 60 xalla liderdir.