DÇ-2030: Ukrayna namizədliyini geri götürdü
Ukrayna 2030-cu il dünya çempionatına ev sahibliyi etməyəcək.
Demedia.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yerli futbol assosiasiyası ötən ilin sonlarında İspaniya və Portuqaliya ilə birgə mundialı qəbul etmək üçün FIFA-ya müraciət ünvanlasa da, sonradan namizədliyini geri götürüb.
Ukraynanı Mərakeşin əvəz edəcəyi gözlənilir. Ölkə kralı VI Məhəmməd "Onefootball" nəşrinə açıqlamasında bildirib ki, bu, Afrika və Avropa xalqlarını birləşdirəcək görünməmiş təklifdir.