"Mançester Siti"nin tarixinə düşdü



 12:52 15.03.2023     321

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland Çempionlar Liqasının 1/8 final mərhələsində "Leyptsiq"lə oyunda (7:0) penta-trik etməklə rekordlar qırıb.

Demedia.az xəbər verir ki, norveçli forvard mövsüm ərzində vurduğu qolların sayını 39-a çatdırıb. Bununla da o,  "şəhərlilər"in heyətində bir mövsümdə ən çox qol vuran futbolçu olub. 

Haaland 1928/1929 mövsümündə 38 dəfə rəqib qapılarına yol tapan Tommi Consonun rekordunu yeniləyib.

"Opta"nın məlumatına görə, Haaland həmçinin, Çempionlar Liqasında 30-dan çox qol vurmağı bacaran ən gənc futbolçu olub. O, buna 22 yaş 236 günlüyündə nail olub.