Avrokuboklar tarixində bir oyunda ən çox qol vuran futbolçuların siyahısı açıqlandı



 09:38 16.03.2023     313

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) avrokuboklar tarixində bir oyunda ən çox qol vuran futbolçuların adlarını dərc edib.

Demedia.az qurumun saytına istinadən xəbər verir ki, indiyə qədər 15 futbolçu bir qarşılaşmada 5 dəfə fərqlənərək siyahıya düşüb.

Araşdırma UEFA-nın bayrağı altında keçirilən bütün klub turnirlərinə şamil edilib. Futbolçuların təkcə əsas deyil, təsnifat mərhələlərindəki göstəriciləri də nəzərə alınıb.

Son olaraq İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holann evdə Almaniya “Leyptsiq”inə 7:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə buna nail olub.

Futbolçu

Ölkəsi

Klubu

Tarix

Oyun

Ove Olsson

İsveç

“Göteborq”

23.09.1959

“Linfild” – 6:1

Bent Löfqvist

Danimarka

“B1913”

13.09.1961

“Spora” – 9:2

Joze Altafini

Braziliya, İtaliya

“Milan”

12.09.1962

“Union Lüksemburq” – 8:0

Raymond Kravford

İngiltərə

“İpsviç”

25.09.1962

“Floriana” – 10:0

Nikola Kotkov

Bolqarıstan

“Lokomotiv” (Sofiya)

10.09.1964

“Malmö” – 8:3

Florian Albert

Macarıstan

“Ferentsvaroş”

08.09.1965

“Keflavik” – 9:1

Paul Van Himst

Belçika

“Anderlext”

14.09.1966

“Haka” – 10:1

Gerd Müller

Almaniya

“Bavariya”

24.10.1972

“Omoniya” – 9:0

Klaudio Sulser

İsveçrə

“Qrasshopper”

13.09.1978

“Valletta” – 8:0

Soren Lerbi

Danimarka

“Ayaks”

24.10.1979

“Omoniya” – 10:0

Mixails Mixolaps

Latviya

“Skonto”

21.07.1999

“Jeness” – 8:0

Lionel Messi

Argentina

“Barselona”

07.03.2012

“Bayer” – 7:1

David Lafata

Çexiya

“Sparta”, Praqa

15.07.2014

“Levadiya” – 7:0

Luiz Adriano

Braziliya

“Şaxtyor”, Donetsk

21.10.2014

BATE – 7:0

Erlinq Holann

Norveç

“Mançester Siti”

14.03.2023

“Leyptsiq” – 7:0