İnfantino yenidən FIFA prezidenti seçildi
Canni İnfantino yenidən FIFA prezidenti seçilib.
Demedia.az xəbər verir ki, bu barədə ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, Ruandanın paytaxtı Kiqalidə keçirilən 73-cü Konqresdə isveçrəli futbol funksionerinin növbəti dörd il üçün prezidentliyi təsdiqlənib. O, 2027-ci ilədək postunda qalacaq.
Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA prezidenti vəzifəsini icra edir.