Erlinq Holann Kriştianu Ronaldunun göstəricisini təkrarladı



 23:45 19.03.2023     289

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holann “Mançester Yunayted”in sabiq hücumçusu Kriştianu Ronaldunun göstəricisini təkrarlayıb.

Demedia.az xəbər verir ki, norveçli forvard İngiltərə klublarında bir mövsüm ərzində ən çox qol vuranların sıralamasında üçüncü yerə yüksəlib.

İngiltərə Kubokunun 1/4 final mərhələsində “Bernli” ilə görüşdə het-trikə imza atan Holann 2022/2023 mövsümündəki ümumi qol sayını 42-yə çatdırıb. Harri Keyn və Endi Koulu geridə qoyan Holanndan əvvəl 2007/2008 mövsümündə Ronaldu bunu bacarıb.

Ümumi qol sayında rekordçu Rud Van Nistelroy və Məhəmməd Salahdır. Niderlandlı Van Nistelroy 2022/2003, misirli Salah isə 2017/2018 mövsümündə 44 dəfə fərqləniblər. Holann mövsümün sonuna qədər daha 3 dəfə fərqlənərsə, mütləq rekordçu olacaq.

Qeyd edək ki, “Bernli”ni 6:0 hesabı ilə məğlub dən “Mançester Siti” yarımfinala yüksəlib.