Əliyar Ağayev AVRO-2024-ün bu matçına təyinat aldı
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avro-2024-ün seçmə mərhələsinin oyununa təyinat alıb.
Dememdia.az xəbər verir ki, 36 yaşlı referiyə G qrupunun Bolqarıstan - Monteneqro görüşü həvalə edilib.
Həmin görüşdə köməkçi hakimlər Zeynal Zeynalov, Akif Əmirəli, dördüncü hakim isə Kamal Umudlu olacaq.
Qeyd edək ki, martın 24-ü keçiriləcək görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.