"Qızıl top"u kim qazanacaq? - Reytinq AÇIQLANDI



 16:50 21.03.2023     221

Goal.com portalı 2023-cü il üzrə "Qızıl top" uğrunda namizədlərin şəxsi reytinqinin yenilənmiş versiyasını dərc edib.

Demedia.az Trend-ə istinadən xəbər verir ki, siyahıda birinci yeri "Pari Sen-Jermen" forvardı, argentinalı Lionel Messi tutur. İkinci yerdə "Mançester Siti" hücumçusu norveçli Erlinq Holand, üçüncü yerdə isə Messi ilə eyni klubda oynayan, əvvəlki reytinq versiyasında ikinci yer tutan Kilian Mbappe dayanır.

Top 10-luğa, həmçinin, Viktor Osimhen ("Napoli"/Nigeriya), Vinisius Junior ("Real"/Braziliya), Xviça Kvaratsxeliya ("Napoli"/Gürcüstan), Markus Reşford ("Mançester Yunayted"/İngiltərə), Robert Levandovski ("Barselona"/Polşa), Kazemiro ("Mançester Yunayted"/Braziliya), Bukayo Saka ("Arsenal"/İngiltərə) daxildir.