İngiltərə yığması İtaliyadan revanşı aldı



 09:53 24.03.2023     519

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start verilib.

Demedia.az-ın məlumatına görə, ilk olaraq C, H və J qruplarında səkkiz oyun keçirilib.

Günün maraqla gözlənilən qarşılaşması İtaliyada baş tutub. Turnirin son qalibi finalda məğlub etdiyi İngiltərəni qəbul edib. C qrupu çərçivəsində keçirilən matçın birinci hissəsində vurduğu qollar sayəsində səfər qələbəsi qazanan ingilislər son qitə birinciliyinin revanşını alıblar.

J qrupunda yer alan Portuqaliya doğma arenasında Lixtenşteyni 4 cavabsız topla üstələyib.

AVRO-2024, seçmə mərhələ

I tur

C qrupu

İtaliya - İngiltərə - 1:2

Qollar: Mateo Retequi, 56 - Deklan Rays, 13, Harri Keyn, 44 (pen.)

Şimali Makedoniya – Malta – 2:1

Qollar: Elif Elmas, 66, Darko Çurlinov 72 - Yankam Yannik, 86

H qrupu

Qazaxıstan – Sloveniya – 1:2

Qollar: Maksim Samorodov, 24 – David Brekalo, 47, Zan Vipotnik, 78

Danimarka – Finlandiya – 3:1

Qollar: Rasmus Hoylund, 21, 82, 90+3 – Oliver Antman, 53

San Marino - Şimali İrlandiya – 0:2

Qollar: Dion Çarles, 24, 55

J qrupu

Portuqaliya – Lixtenşteyn – 4:0

Qollar: Joau Kanselu, 8, Bernardu Silva, 47, Kriştianu Ronaldu, 53 (pen.), 63

Slovakiya – Lüksemburq – 0:0

Bosniya və Herseqovina – İslandiya – 3:0

Qollar: Rade Kruniç, 14, 40, Amar Dediç, 63