Şotlandiyalı futbolçu ilkə imza atdı
Şotlandiya millisinin futbolçusu Skott Maktominey İspaniyaya 2:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ matçında yeni nailiyyətlərə imza atıb.
Metbuat.az-ın məlumatına görə, görüşdə dubl edən 27 yaşlı yarımmüdafiəçi 1984-cü ildən sonra İspaniyaya qol vuran ilk şotlandiyalı oyunçu olub.
Həmin vaxt dünya çempionatının təsnifatında Mo Conston bunu bacarıb.
İngiltərə "Mançester Yunayted"ində çıxış edən Maktominey, həmçinin, 17 ildən sonra dünya və Avropa çempionatlarının seçmə mərhələsində İspaniya ilə qarşılaşmada 2 və ya daha çox qolla yadda qalan ilk futbolçudur. 2006-cı ildə Şimali İrlandiya yığmasında Devid Conatan Xili Pireney təmsilçisi ilə görüşdə het-trik edib.