Kərim Benzema “Nou Kamp”da het-trik etməklə tarixə düşdü



 14:03 06.04.2023     433

İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kərim Benzema “Barselona”ya qarşı “Nou Kamp” stadionunda het-trikə imza atan 11-ci qonaq futbolçu kimi tarixə düşüb.

Demedia.az-ın məlumatına görə, fransalı forvard İspaniya Kubokunun yarımfinal mərhələsində 4:0 hesabı ilə qalib gələrək finala adladıqları cavab qarşılaşmasında buna nail olub.

“Nou Kamp”da ilk dəfə 3 qol vuran futbolçu 1961-ci ildə Luis Araqones olub. Benzema “Real Madrid”in heyətində bunu bacaran ikinci oyunçudur. Ona qədər sonuncu dəfə 1963-cü ildə Ferens Puşkaş əzəli rəqibi səfərdə 3 dəfə mərkəzə dəvət edib.

“Nou Kamp”da pokerə imza atan yeganə rəqib futbolçu isə Milinko Pantiçdir. Bu, 1997-ci ilə təsadüf edib.

 

Futbolçu

Ölkəsi

Qollar

Tarix

Oyun

Turnir

1

Luis Araqones

İspaniya

3

30/04/1961

“Ovyedo – 5:3

ÖÇ

2

Ferens Puşkaş

İspaniya

3

27/01/1963

“Real Madrid” – 5:1

ÖÇ

3

Toni Kurbos

Almaniya

3

03/10/1984

“Metz” – 4:1

KK

4

Manuel Penya

İspaniya

3

20/12/1987

“Valyadolid” – 4:2

ÖÇ

5

Baltazar

Braziliya

3

29/03/1989

“Atletiko” – 3:3

ÖK

6

Fransisko İquera

İspaniya

3

30/08/1994

“Saraqosa” – 5:4

SK

7

Milinko Pantiç

Yuqoslaviya

4

12/03/1997

“Atletiko” – 4:5

ÖK

8

Andrey Şevçenko

Ukrayna

3

05/11/1997

“Dinamo” Kiyev – 4:0

ÇL

9

Dieqo Forlan

Uruqvay

3

22/05/2005

“Vilyarreal” – 3:3

ÖÇ

10

Kilian Mbappe

Fransa

3

16/02/2021

PSJ – 4:1

ÇL

11

Kərim Benzema

Fransa

3

05/04/2023

“Real Madrid” – 4:0

ÖK

Qeyd: ÖÇ – ölkə çempionatı, KK – Kuboklar Kuboku, ÖK – ölkə kuboku, SK – Superkubok, ÇL – Çempionlar Liqası