Ukrayna millisinin sabiq futbolçusu 28 yaşında vəfat edib
Ukrayna milli komandalarının və "Şaxtyor" klubunun sabiq futbolçusu Rostislav Baqdasarov vəfat edib.
Nexeber.az Apasport.az-a istinadən bildirir ki, onun 28 yaşında ölümünə ürəyindəki problemlərin səbəb olduğu iddia edilir.
Rostislav 2017-ci ildə cəmi 24 yaşında məhz bu səbəbdən karyerasını başa vurub. Donetsk təmsilçisinin yetirməsi olan sabiq futbolçu sonradan "Kolos" və "Stal"da da çıxış edib.Qeyd edək ki, Rostislav Ukraynanın U-16, U-17 və U-18 yığmalarının şərəfini qoruyub.