PSJ kapitanla müqaviləni uzadır



 13:28 10.04.2023     306

PSJ kapitanı Markinyosla müqaviləni uzadır.

Demedia.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano öz Tvitter hesabında məlumat yayıb.

Braziliyalı müdafiəçinin sözləşməsinin 2027-ci ilin yayında qədər artırılacağı gözlənilir. Onun hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

Qeyd edək ki, Braziliya millisinin də üzvü olan 28 yaşlı futbolçu 2013-cü ildən PSJ-də çıxış edir. O, komandanın tarixində keçirdiyi oyunların sayına görə (400) 3-cüdür. Müdafiəçi bu mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 2 qol vurub.