“Çelsi” 1 milyard avrodan çox pul itirən ilk klub kimi tarixə düşüb
İngiltərə təmsilçisi “Çelsi” yarandığı gündən bəri vergiləri çıxmaqla 1 milyard avrodan çox pul itirən ilk klub kimi tarixə düşüb.
Demedia.az “The Athletic”ə istinadən xəbər verir ki, klubun ümumi dövriyyəsinin 547 milyon avrodan çox olmasına baxmayaraq, ötən maliyyə ilində təqdim edilən hesabatlara görə, londonlular 2021/2022 mövsümündə 138,1 milyon avro itiriblər.
2020/2021 mövsümündə “zadəganlar” 175 milyon avro zərər görüblər. Lakin bu rəqəm qismən koronavirus pandemiyasının yaratdığı böhranla izah oluna bilər.
Cari mövsüm isə “Çelsi” transferlərə 600 milyon avrodan çox xərcləyib və oyunçu satışından cəmi 60 milyon avro gəlir əldə edib. Rəhbərlik sanksiyalardan qaçmaq üçün mövsümün sonunda futbolçularını kütləvi şəkildə satmalı olacaq.
Qeyd edək ki, İngiltərə çempionatının reqlamentinə görə, hər bir klubun illik itkisi ardıcıl üç il ərzində 120 milyon avronu keçə bilməz.