Erlinq Holann yeni rekorda imza atdı



 10:25 12.04.2023     320

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann yeni rekorda imza atıb.

Demedia.az xəbər verir ki, 23 yaşlı hücumçu buna evdə Almaniya "Bavariya"sına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.

"Şəhərlilər"in heyətində 45 qola imza atan norveçli forvard İngiltərə Premyer Liqasının oyunçuları arasında bir mövsümdə rəqib qapılarına ən çox yol tapan futbolçu adına sahib çıxıb.

Holann 2002/2003 mövsümündə 44 qol vuran Rud Van Nistelroyu (53 oyuna) və 2017/2018 mövsümündə eyni sayda fərqlənən Məhəmməd Salahı (52 oyuna) geridə qoyub.

Qeyd edək ki, Erlinq Holann 11 qolla Çempionlar Liqasının bombardiridir.