“Yuventus” Super Liqanı tərk etməsə, A Seriyasında oynamayacaq
“Yuventus” Avropa Super Liqasını tərk etmədiyi təqdirdə, A Seriyasındakı oyunlara buraxılmayacaq.
Bunu Neapol radiostansiyasına müsahibə verən İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina bildirib.
“Qaydalar aydındır. Azarkeşlər üçün təəssüflü haldır. Amma qaydalar hər kəs üçün eynidir. Ümid edirəm ki, bu yarışma tezliklə bitəcək”, - deyə o qeyd edib.
Xatırladaq ki, Super Liqa yaratmış 12 klubdan 9-u UEFA ilə saziş imzalayaraq turniri tərk edib. Yalnız “Real”, “Barselona” və “Yuventus” hələ də Super Liqada qalmaqdadır.(oxu.az)