Hakimlər La Liqanı boykot edə bilərlər
Futbol üzrə İspaniya La Liqasının və Sequndanın hakimləri sözügedən turnirləri boykot edə bilərlər.
Demedia.az "El Partidazo de COPE" nəşrinə istinadən xəbər verir ki, buna onların tənqid edilməsi səbəb olub.
Ədalət təmsilçiləri bugünkü növbəti iclasda liqaların dayandırılmasına səbəb olacaq mümkün matçları boykot etməyi müzakirəyə çıxaracaqlar.
Bu yaxınlarda "Polilyas"ın gənclərdən ibarət bir neçə oyunçusu və onların qohumları "Kalavera" ilə qarşılaşmada referi Antonio Pozoya hücum edib. Hətta onu döyərək müxtəlif bədən xəsarətləri də yetiriblər.
Bundan əlavə, La Liqadakı bir neçə klub VAR-ın tətbiqinə rəğmən hakimlərin səhvə yol verdiyini əsas gətirərək onları kəskin tənqid edirlər.