Dünya Kuboku: Azərbaycan komandası üçüncü oldu
Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətləri üzrə yarışlara start verilib.
Nexeber.az xəbər verir ki, Azərbaycanı 5 topla hərəkətlərdə Zeynəb Hümmətova, Ləman Əlimuradova, Məryəm Səfərova, Darya Sorokina və Yelizaveta Luzandan ibarət komanda təmsil edib. Uğurlu çıxış edən kollektiv 44.000 xal toplayaraq, bürünc medal qazanıb.
Birinci yerə 45.600 xalla Bolqarıstan, ikinci yerə isə 44.550 xalla İtaliya komandası layiq görülüb.