Azərbaycan çempionatında biabırçılıq - Ofsayd xətti əyri çəkildi - VİDEO



 13:44 02.05.2023     361

Azərbaycan Premyer Liqasının 32-ci turunda baş tutan “Zirə” – “Turan Tovuz” oyunu qalmaqalla yadda qalıb.

Demedia.az xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində meydan sahibləri qol vursa da, baş hakim Rauf Cabbarov ofsayd qərarı verib. 

Lakin epizodun təkrarında ofsaydın olmadığı aşkar görünür. Maraqlıdır ki, buna baxmayaraq referi VAR-da təkrara baxmır və qərarı qüvvədə saxlayır. 

Daha bir maraqlı məqam odur ki, həmin epizodda VAR tərəfindən ofsayd xətti əyri çəkilir. Bu da etirazlara səbəb olub.