Tərtərdə gələcəyin simaları yetişir



 19:10 02.05.2023     247

Böyük yaşıl meydanlara gedən yol uşaq futbol məktəblərindən keçir.

Demedia.az EL TV-yə istinadən xəbər verir ki, ölkəmizdə də azyaşlı uşaqların futbola cəlb olunması üçün mühüm işlər görülür.

Hazırda inkişaf etməkdə olan Tərtər futbol məktəbi də bu sırada dayanır. Məktəbin gələcək məqsədi Azərbaycan futbolu üçün yeni simalar hazırlamaqdır. Tərtər uşaq futbolu məktəbinin bir neçə yetirməsi ölkəmizdə fəaliyyət göstərən Futbol Akademiyalarına cəlb olunub. Bu gələcəyə hədəflənən addımdır. Təbii ki məqsəd Tərtərdə futbolun inkişına təkan verməklə yanaşı, ümumilikdə Azərbaycan futboluna yeni simalar bəxş etməkdir. Tərtərdə iki yaş qrupunda, 2010-2011 və 2012-2013-cü təvəllüdlü uşaqlar futbolun sirlərinə yiyələnirlər. Mütəmadi təşkil edilən məşq prosesinin iştirakçıları olan uşaqların ən böyük arzusu gələcəkdə ölkədə sayılıb seçilən futbolçu kimi ad qazanmaqdır. Ona görə də yorulmadan məşqlər keçir və hər zaman birinci olmağa çalışırlar. Növbəti mövsümdən Tərtərdəki uşaq futbol komandaları AFFA bayrağı altında təşkil olunacaq uşaq liqalarında iki yaş qrupu üzrə mübarizə aparacaqlar.