"Sabah" - "Beşiktaş" oyunu başlayıb
Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında xeyriyyə oyunu başlayıb.
Demedia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 18:00-da start götürüb.
Matçı FIFA referisi Tural Qurbanov idarə edir.
Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.