Ukrayna millisinin yeni baş məşqçisi açıqlandı
Ukrayna millisinin yeni baş məşqçisinin rəsmi təqdimatı olub.
Demedia.az-ın məlumatına görə, Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko Sergey Rebrovun bu posta gətirildiyini bildirib.
49 yaşlı mütəxəssis yığmada baş məşqçi kimi debütünü iyunun 12-də Almaniya seçməsinə qarşı yoldaşlıq matçında edəcək.
Qeyd edək ki, Sergey Rebrov futbolçu karyerasında 1992-2006-cı illərdə Ukrayna millisinin formasını geyinib. O, son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” klubunda işləyib.