Uşaq və yeniyetmələrin güləşə marağı artır



 18:44 07.06.2023     411

Mingəçevir şəhər uşaq gənclər idman məktəbinin yetirməsi Röyal Adıgözəlov Bakıda katedlər arasında baş tutan Azərbaycan çempionatında yalnız yarımfinalda uduzaraq mötəbər turniri 3-cü pillədə başa vurub.

Demedia.az EL TV-yə istinadən xəbər verir ki, yeniyetmə güləşçi 8 ildir ki, bu sahə ilə məşğul olsa da təlim planının öhdəsindən asanlıqla gəlməyi bacarır.

Həftənin üç günü təlim-məşq toplanışında iştirak edən Röyalın ən böyük arzusu gələcəkdə Azərbaycan millisinin tərkibində dünya və Avropa çempionatlarında uğurlu çıxış edərək bayrağımızı qaldırmaqdı. Onun şəxsi məşqçisi Anar Bayramov yetirməsinin gələcəkdə Azərbaycanın sərbəst güləş üzrə milli komandasının əsas simalarından biri olacağına əmindir. Məşqçi də bunun üçün öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Röyal Adıgözəlov bu ayın 17-də Qax rayonunda təşkil olunacaq yeniyetmələrin zona yarışında da mübarizə aparacaq. Məşqçisi yetirməsinin bu sınaqdan da alnıaçıq, üzüağ çıxacağına böyük ümid bəsləyir.