Çempionlar Liqası: İstanbulda ingilis-italyan finalı



 09:07 10.06.2023     334

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçiriləcək.

Demedia.az-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları üz-üzə gələcəklər.

Atatürk Olimpiya Stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

UEFA Çempionlar Liqası
Final
10 iyun

23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu