Tanınmış hücumçu "Fənərbağça"ya transfer olur



 13:19 14.06.2023     302

İtaliya "İnter"i futbolçusu Edin Ceko ilə yollarını ayırıb.

Demedia.az "Sky Italia" nəşrinə istinadən xəbər verir ki, bosniya və herseqovinalı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

İddiaya görə, 37 yaşlı forvard Türkiyə "Fənərbağça"sına görə Milan təmsilçisi ilə vildalaşıb. Onun yaxın günlərdə İstanbul klubu ilə danışıqlara başlayacağı gözlənilir. Superliqa təmsilçisi təcrübəli oyunçuya iki illik müqavilə təklif edib.

Qeyd edək ki, Edin Ceko ötən mövsüm "İnter"in heyətində bütün turnirlərdə 52 oyuna çıxıb, 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.