Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyəcək
Azərbaycan millisi növbəti FIFA reytinqində 2 pillə irəliləyəcək.
Demedia.az-ın məlumatına görə, yığma dünya sıralamasında 122-ci yerə yüksələcək.
Buna Canni De Byazinin kollektivinin AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə Bakıda heç-heçə etməsi (1:1) səbəb olub. Nəticədə komandanın aktivinə 1 reytinq xalı əlavə edilib. 1143 xalla 122-ci yerə yüksələn Azərbaycan yığması Toqonu özündən irəli buraxsa da, Mərkəzi Afrika Respublikası, Liviya və Nigeri qabaqlayıb.
Reytinq cədvəlinin ilk “üçlüy”ündə dəyişiklik olmayacaq. Argentina 1-ci, Fransa 2-ci, Braziliya isə 3-cü pillədəki yerini qoruyacaqlar.
Qeyd edək ki, növbəti FIFA reytinqi iyulun 20-də açıqlanacaq. Aprelin 6-da yayılan sıralamada Azərbaycan millisi 1142 xalla 124-cü pillədə göstərilib.