“Sabah” ikinci əcnəbi transferini gerçəkləşdirib
“Sabah” yay fasiləsində ikinci əcnəbi transferini gerçəkləşdirib.
Demedia.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı vinger Jarl Marqarita ilə müqavilə bağlanıb.
Gənc futbolçu ilə anlaşmanın müddəti 2027-ci ilin iyununa kimi nəzərdə tutulub. O, “Sabah”da 27 nömrəli formada çıxış edəcək.
Niderlandın “TOP Oss” klubundan transfer edilən Jarl karyerası ərzində bu ölkənin “Qroningen”, GVAV, “Emmen”, “Almere Siti” və “Hoogeveen” klublarında da çıxış edib. Futbolçunun Niderland və Kurasao vətəndaşlığı var.
Qeyd edək ki, “Sabah” buna qədər İspaniyanın “Ponferradina” klubunun mərkəz müdafiəçisi Sofian Çaklanı transfer edib.