Jorje Jesus "Əl-Hilal"ın baş məşqçisi oldu
Jorje Jesus "Əl-Hilal"ın baş məşqçisi təyin olunub.
Demedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. İlk məlumatda əməkdaşlığın təfərrüatları açıqlanmayıb.
Portuqaliyalı mütəxəssis məşqçilik karyerası ərzində “Benfika”, “Sportinq”, “Braqa” və “Flamenqo” kimi komandalarda çalışıb. 68 yaşlı mütəxəssis 2018/2019 mövsümündə “Əl-Hilal”ın baş məşqçisi olub.
Qeyd edək ki. J.Jesus ötən ay "Fənərbaxça"dan ayrılıb.