“Mercedes” Bakıda “Red Bull”a qarşı etiraz iddiası qaldıra bilər



 09:35 24.05.2021     454

“Formula 1”də çıxış edən “Mercedes” komandasının rəhbəri Toto Volf bəyan edib ki, Azərbaycan Qran-prisi zamanı “Red Bull”a qarşı etiraz iddiası qaldıra bilər.

“Racingnews365” resursunun məlumatına görə, almlanlar rəqib komandanın bolidlərinin arxa qanadından narazıdırlar.

“Əgər bu qanad Bakıda “Red Bull”a üstünlük gətirsə, əvvəlcə stüartlara, bu da kifayət etməsə, Beynəlxalq Avtomobil Federasiyasının appelyasiya məhkəməsinə müraciət edəcəyik”, - deyə Volf bildirib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4-6 iyun tarixlərində Bakıda keçiriləcək.