Yeni forması Musa Qurbanlıya təqdim olundu



 23:28 16.07.2023     295

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlıya yeni klubu  “Yurqorden”də forması təqdim olunub.

Demedia.az xəbər verir ki, 21 yaşlı hücumçu İsveç təmsilçisində 22 nömrəli forma ilə çıxış edəcək.

Yüksək liqa təmsilçisi dünəndən komanda ilə məşqlərə başlayan Musa və digər yeni transfer anqolalı Feliks Vanın isçi vizası ilə bağlı hələ qərar verilmədiyini açıqlayıb. Bu səbəbdən onların sabah "Malmö”yə qarşı İsveç çempionatının 15-ci turunun oyununda iştirakı sual altındadır.

Qeyd edək ki, bu yay "Qarabağ"dan ayrılan M.Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.