Azərbaycan atıcısı dünya çempionatında qızıl medal qazanıb
Azərbaycan atıcısı Xanna Əliyeva Koreyanın Çanqon şəhərində keçirilən gənclər arasında dünya çempionatının qalibi olub.
Demedia.az-ın məlumatına görə, idmançı 50 m məsafəyə tapançadan atəş açmada bütün rəqiblərini qabaqlayıb.
Əliyeva 520 xal toplayaraq qızıl medal qazanıb.
Eyni növdə çıxış edən Leyla Əliyeva isə bürünc medal əldə edib. O, 510 xal toplaya bilib.