Qətər klubu "Beşiktaş" futbolçusunu transfer etdi
Mərakeş millisinin futbolçusu Romen Saiss karyerasını Qətərdə davam etdirəcək.
Demedia.az xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubu 33 yaşlı müdafiəçini "Əl-Sədd"ə satıb.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Qara qartallar" bu keçiddən 2.5 milyon gəlir əldə edib.
Qeyd edək ki, 2022-ci ildən "Beşiktaş"da çıxış edən Romen Saiss ötən il Mərakeş yığması ilə Qətərdəki dünya çempionatında 4-cü yeri tutub.