"Mançester Siti" aparıcı futbolçusu ilə müqavilə imzaladı



 17:25 29.07.2023     326

İngiltərənin "Mançester Siti" komandası futbolçusu Natan Ake ilə müqavilənin müddətini uzadıb.

Demedia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Niderland millisinin müdafiəçisi ilə 4 illik yeni sözləşmə imzalanıb.

Sosial şəbəkə hesabından təəssüratlarını bölüşən 28 yaşlı oyunçu bunları yazıb: "Bu böyük klubla müqaviləmi uzatmaqdan çox məmnunam. Burada inanılmaz 3 il keçirdim. Növbəti 4 ilin bizə nə gətirəcəyini görmək üçün səbirsizlənirəm".

Qeyd edək ki, Natan Ake "Mançester Siti"yə 2020-ci ilin yayında İngiltərənin "Bornmut" klubundan keçib.