Buffonun yeni iş yeri müəyyənləşdi
Karyerasını başa vurduğunu açıqlayan Canluici Buffonun yeni iş yeri məlum olub.
Demedia.az xəbər verir ki, bu haqda 45 yaşlı sabiq qolkiper öz sosial şəbəkə hesablarında paylaşım edib. O, İtaliya millisinin nümayəndə heyətinə rəhbərlik edəcəyini yazıb.
Daha əvvəl bu vəzifəsin Canluka Vialli yerinə yetirirdi. O, ötən il komandadan ayrılıb və bu ilin yanvar ayında vəfat edib.