Zidan "Real"dan ayrıldı - RƏSMİ
Zinədin Zidan "Real"dan ayrılıb.
Nexeber.az offsideplus.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis "Kral klubu"ndan ayrılmaq qərarına gəlib. Klub rəhbərliyi bu qərarına görə baş məşqçiyə hörmətini, gördüyü işlərə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu Zidanın "Real"ı ikinci tərkedişidir. Fransalı çalışdırıcı 2018-ci ilin yayında da komandadan ayrılmışdı.